Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial Tədqiqatlar Mərkəzinə yeni sədr müavini seçilib

Sosial Tədqiqatlar Mərkəzinə yeni sədr müavini seçilib

Tarix: 24 Dekabr 2019 16:30

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş Elşad Mirbəşir oğlu Mərkəzin İdarə Heyətinin sədr müavini seçilib.

Qurumdan Trend-ə verilən məlumata görə, 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sosial Tədqiqatlar Mərkəzinə yeni sədr müavini seçilib


RƏYLƏR