Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 16:42
Bakı. Trend:
Balakən rayonu ərazisində qəsdən adam öldürməkdə şübhəli bilinən H.Nəsibov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 20-də Balakən rayonu ərazisindəki tikintisi başa çatmamış evlərin birində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədhəsən Rəhimovun üzərində xəsarətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İtitala kənd sakini, əvvəllər də qəsdən adam öldürmə və xuliqanlığa görə məhkum olunmuş H.Nəsibov saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin