Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən 126 milyon avro dəyərindəyəm'' - Joao Feliks

''Mən 126 milyon avro dəyərindəyəm'' - Joao Feliks

Tarix: 24 Dekabr 2019 19:30

"126 milyon avro mənə təzyiq göstərmir. Amma müqavilə bağlayanda sevincək dedim: "Mən 126 milyon dəyərindəyəm".

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Joao Feliks deyib. 20 yaşlı hücumçu baş məşqçi Dieqo Simienoin ona inkişaf etmək üçün məsləhətlər verdiyini söyləyib: "Simione mənə inkişaf barədə danışır. Bu, mənim üçün mənfi bir şey deyil. Yaxşılaşmalıyam. Məşqçi belə düşünür. Ona görə də daha çox güc və dözüm əldə etmək üçün çalışacağam. Əlbəttə ki,  gündən-günə böyüyürəm. Hər gün çalışırıqsa, hər gün irəliləyirik. Qol vurmağa başlayandan sonra ardı bir-bir gələcək".

Qeyd edək ki, Joao Feliks Madrid təmsilçisinə  bu ilin yayında 126 milyon avroya "Benfika"dan transfer olunub.

 


Etiketlər:  Mən milyon avro dəyərindəyəm Joao Feliks


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ