Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 10:48
Suriyanın Hasaka şəhərində Hol düşərgəsində əsir saxlanılan 100-dən çox əcnəbi uşağa zorla silahlı təlim verilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə PKK/YPG terror təşkilatından qaçaraq Türkiyənin Mardin əyalətinin Kızıltəpə şəhərində hökumətə təslim olan terrorçu H.A. bildirib.
Onun sözlərinə görə, 12-14 yaş arasında olan kimsəsiz uşaqlar təlimdən sonra Türkiyə Silahlı Qüvvələri və Suriya Ordusuna qarşı istifadə edilmələri üçün Roj düşərgəsinə aparılırlar.