Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən ağlasığmaz qərar - Quran və İncil dəyişdirilir

Çindən ağlasığmaz qərar - Quran və İncil dəyişdirilir

Tarix: 25 Dekabr 2019 15:08

Çində səmavi dinlərin müqəddəs kitabları olan İncil və Quran yenidən yazılacaq.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu müqəddəs kitablarda "sosialist dəyərlər" əks olunacaq.

Partiyadan olan yüksək vəzifəli mənbə "Dailymail"ə açıqlamasında bildirib ki, yeni nəşrlərdə Kommunist Partiyasının ideyalarına zidd olan hər hansı bir fikir yer almayacaq. Belə ki, senzuranın yanlış hesab etdiyi hissələr düzəldiləcək və ya yenidən tərcümə olunacaq.

Düzdür, partiyanın qərarında konkret olaraq İncil və Quran kitablarının adı çəkilməsə də, Kommunist Partiyası "hazırkı dövrün inkişafı ilə səsləşməyən dini klassika hissələrinin yenidən hərtərəfli şəkildə qiymətləndirilməsinə" çağırıb.

Məlumatda qeyd olunur ki, bu qərar noyabrda Çində etnik və dini məsələlərə nəzarət edən Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyası Milli Komitəsinin Etnik və dini işlər üzrə Komitəsi tərəfindən keçirilən iclasda verilib.

Ümumilikdə iclasda Çin Kommunist Partiyasının Mərkəzi Komitəsindən olan 16 mütəxəssis, inanclı və fərqli dinlərin nümayəndələrindən ibarət qrup konfransda iştirak edib.


Etiketlər:  Çindən ağlasığmaz qərar Quran İncil dəyişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ