Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 19:56
Azərbaycan yığmasının üzvü Riçard Almeyda "Qarabağ"dan ayrılması barədə danışıb.
Sonxeber.net xəbər verir ki, "futbolinfo"ya açıqlama verən futbolçu klubdan cavab gözlədiyini bildirib:
"Qarabağ"la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda "Qarabağ" olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm".