Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 21:54
Almaniyanın məşhur şirkəti BMW Çin bazarında satdığı 312 min avtomobili yanacaq çənindəki qüsurlara görə geri çağırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində "BMW Group"un Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive"in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər.