Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz də dəmir deyilik...'' - Maksim Medvedev

''Biz də dəmir deyilik...'' - Maksim Medvedev

Tarix: 12 May 2019 14:52

“Qarabağ”ın futbolçusu Maksim Medvedev  Azərbaycan Premyer Liqasının son turunda "Neftçi" ilə matçdan (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, oyunu və mövsümü dəyərləndirib.

- Çempionluqda əsas rolu hansı amil oynadı?

- Doğrudan da çox çətin mövsüm oldu. Çünki mübarizəni iki "cəbhə"də aparırdıq. Mövsümün əvvəlində oyunlarımız istədiyimiz kimi getmirdi, istədiyimiz qədər xal qazana bilmirdik, bəzi qarşılaşmalarda xal itiridik. Amma qış fasiləsindən komanda özünü yüksək səviyyədə göstərdi. Çox mehriban olan komandamız oyunlara necə lazımdı çıxırdı. Hər kəs bizə dəstək olurdu. Azarkeşlərimiz, klub rəhbərliyi yanımızda idi. Baş məşqçi bizi ruhlandırmaq üçün lazımı sözlər tapırdı. Ona görə möhkəm olduq və çempionluğu qazandıq.

- Bu mövsümü əvvəlkilərdən necə fərqləndirərdiniz?

- Bu mövsüm daha çətin oldu. Əsas da keçən mövsümə baxanda.

- "Qarabağ" bu mövsüm 66 xal topladı ki, bu da ən yüksək göstəricidir...

- Yanvardan sonra büdərəmələrimiz olmadı. Bütün oyunları yüksək səviyyədə keçirə bildik və lazımi görüşlərdə vacib xallar qazandıq.

- "Neftçi" ilə görüş çempionluq baxımından həlledici olsaydı, nə olardı? Atmosfer, ajiotaj baxımından...

- Çox azarkeş gələcəkdi, hər yer partlayacaqdı (gülür). Ancaq yaxşı ki son oyunadək belə qarşılaşma olmadı. Çünki çempionluğu təmin etmişdik. çıxdıq qızıl medalımızı aldıq. Ancaq burda çempionluq həll olunsaydı, başqa – pis şeylər ola bilərdi.

- Təhlükə baxımından?

- Bəli, təhlükə baxmından bəzi hadisələr ola bilərdi. Ancaq artıq hər şey həll olunduğundan çıxıb rahat futbol oynaya bildik.

- Artıq hər şey həll olunsa da, futbolçular arasında kifayət qədər aqressiya vardı. Bu, nədən qaynaqlanırdı? "Qarabağ" mövsüm ərzində "Neftçi"ni məğlub edə bilmədiyindən, bundan qıcıqlanırdınız, yoxsa başqa səbəblər vardı?

- Biz tərəfdən aqressiya yox idi. Əksinə, matçdan əvvəl paltardəyişmə otağında danışırdıq ki, hakimlə, heç kim danışmasın. Ancaq biz də dəmir deyilik, daim bizi təxribata çəkirdilər. Bəzi epizodlarda sinilərimizə hakim ola bilmirdik, aqressiya çıxırdı.

 

 


Etiketlər:  dəmir deyilik Maksim Medvedev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ