Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 10:36
Son illərdə futbolçuların böyük ölçüdə axın etdiyi Çində legionerlərin qazancına limit tətbiq olunmağa başlayıb.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Çin Futbol Federasiyası məlumat yayıb.
Belə ki, bundan sonra Çində əcnəbi futbolçuların illik qazancı 3 milyon avrodan çox olmamalıdı. Bu, vergilər çıxılandan sonra nəzərdə tutulan məbləğdi.
Federasiya yerli futbolçular üçün də limit tətbiq edib. Çinin öz futbolçularının illik qazancı isə 10 milyon yuandan (təxminən 1,29 milyon avro) çox olmayacaq.