Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Teymur Rəcəbov: “Şəhriyara qarşı oynamaq xoş deyildi” - MÜSAHİBƏ

Teymur Rəcəbov: “Şəhriyara qarşı oynamaq xoş deyildi” - MÜSAHİBƏ

Tarix: 26 Dekabr 2019 18:12

Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Sonxeber.net həmin müsahibəni təqdim edir.

- İlk olaraq 2019-cu il barədə danışaq. Başa çatmaqda olan sizin üçün necə yadda qalacaq?

- Nəzərdə tutduğum planlara əsasən 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar.

- İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidi?

- Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.

- Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Bu fikirlə razısınız?

- Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017-2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilən FİDE Qran-Pri turnirində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı.

- Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçəylə yadda qalırdınız. Bunu necə izah edərdiniz?

- Bu debüt repertuarımın yenidən qurulmasıyla bağlıdı. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardı. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündü. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandı, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə deməli dəyişiklik lazımdır. Əksinə reytinq artırsa deməli hər şey qaydasındadır.

- Teymur Rəcəbovun komandasında dəyişiklik var? Hazırda kimlərlə işləyirsiniz?

- Son illər əsasən Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur.

- Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir?

- Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir.

- Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu...

- Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldu.

- Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmaq hansı hisslərlə yadda qalacaq?


Etiketlər:  Teymur Rəcəbov Şəhriyara qarşı oynamaq xoş deyildi MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ