Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 21:50
Cümə axşamı müxalifət lideri Aleksey Navalnının Moskva qərargahına basqın edən Rusiya rəsmiləri, zorla içəri girmək üçün elektrik alətlərindən istifadə edərək, noutbuk kimi texniki avadanlıqları müsadirə edib.
Navalnı və müttəfiqləri deyib ki, onun Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK) basqın Navalnı baş nazir Dmitri Medvedev və milyarder iş adamı Əlişir Usmanova qarşı rüşvətxorluq ittihamlarından bəhs edən video-araşdırmanı silməyi imtina etdiyinə görə Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən həyata keçirildiyini deyib.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, Federal Məhkəmə İcraçıları Xidməti Reuters xəbər agentliyinə bildirib ki, Navalnının fonduna reyd cinayət istintaqı çərçivəsində aparılıb. Reyd zamanı heç kimin həbs edilmədiyi bildirilib.
2017-ci ildə Navalnıya qarşı böhtan iddiası qaldıran Usmanov o zaman məhkəməni qazanıb. Məhkəmə Navalnıya 10 gün ərzində Navalnı və Usmanova qarşı ittihamların yer aldığı bütün videoları silmək qərarı çıxardı. Medvedyev və Usmanov onlara qarşı irəli sürülən ittihmların yalan olduğunu deyib.