Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 10:42
Bakı. Trend:
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının gənc üzvləri Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərdən 50%-dək endirimlə istifadə edə biləcəklər.
Bununla bağlı, 2019-cu ilin dekabr ayında Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.
Trend-in məlumatına görə, müqaviləyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Azərbaycan Tələbə Kartı”na sahib olan üzvlərinə Mərkəzi Gömrük Hospitalında ambulator xidmətlərə 50% endirim və stasionar xidmətlərə 30% endirim tətbiq olunub. Hazırda, ATGTİ-nin 50 min gənc üzvü bu karta sahibdir.
Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycanın 101 ali və orta ixtisas təhsili müəssisəsinin Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirir. 82 300 üzvü olan ATGTİ-nin məqsədi gənclərin təhsilinin inkişafına kömək göstərmək, maraqlarını müdafiə etmək və onların respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında fəal iştirakını təmin etməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin