Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 17:42
"Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını Mərkəzi Seçki Kommisiyasına təqdim edib".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, partiya 123 dairədən namizəd irəli sürüb. S.Novruzovun sözlərinə görə, partiya iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib. S.Novruzov bildirib ki, partiyanın siyahısında xeyli dəyişiklik var, siyahıda gənclər və eyni zamanda qadınlar da çoxluq təşkil edir.
S.Novruzov əlavə edib ki, YAP-ın qərarından kənar hər hansı bir partiya üzvü namizədliyini irəli sürəcəksə, partiya ona etimad göstərməyəcək və o, partiyanın siyasətinə zidd getmiş olacaq.