Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 23:46
"Boeing" aviaşirkətinin baş direktoru və direktorlar şurasının üzvü vəzifələrindən istefa verən Dennis Meleneberqə ödəniləcək təzminatın məbləği bəlli olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Melenberq 39 milyon dollar təzminat alacaq. Bu məbləğ ona əmək müqaviləsinin vaxtından əvvəl ləğvinə görə veriləcək. Təzminat ona qiymətli kağızlar və səhmlər şəklində ödəniləcək.
Xatırladaq ki, Melenberq "Boeing"in adı təyyarə qəzaları ilə bağlı bir neçə qalmaqalda hallandıqdan sonra dekabrın 23-də istefa verib. Şirkətin yeni baş direktoru Devid Kephun seçilib.