Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda meşələrin qırılması ilə bağlı yeni tələb qoyuldu

Azərbaycanda meşələrin qırılması ilə bağlı yeni tələb qoyuldu

Tarix: 28 Dekabr 2019 10:30

Azərbaycanda 5 hektardan çox olan meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin həyata keçirilməsi zamanı dövlət ekoloji ekspertizasının aparılması tələbi qoyulub. Artıq bununla bağlı Nazirlər Kabineti qanunvericilik aktlarına bir sıra dəyişikliklər edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, "Meşəqırma qaydaları"na edilən yeni əlavəyə əsasən, böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

"Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları"nda edilən dəyişikliklərə görə, Meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələri əsasında hazırlanmış dövlət proqramlarının layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.


Etiketlər:  Azərbaycanda meşələrin qırılması ilə bağlı yeni tələb qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ