Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 15:57
Bakı. Trend:
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Ağalıkənd kənd sakini A.Əhmədov dekabrın 26-da saat 22 radələrində kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Avtomobil həmin gün Aşağı Cürəli kəndi ərazisində tapılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.
Araşdırma aparılır.