Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ildə Azərbaycana ixrac sifarişləri 11 faiz artıb - Ən çox sifariş olunan məhsulların SİYAHISI

2019-cu ildə Azərbaycana ixrac sifarişləri 11 faiz artıb - Ən çox sifariş olunan məhsulların SİYAHISI

Tarix: 29 Dekabr 2019 13:18

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 faiz artıb. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 faiz artmışdır. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb.

Bu ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 milyon ABŞ dolları təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  2019 ildə Azərbaycana ixrac sifarişləri faiz artıb çox sifariş olunan məhsulların SİYAHISI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ