Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İphone'' markalı mobil telefonları gizlədərək sərhəddən keçirmək istədi, saxlanıldı

''İphone'' markalı mobil telefonları gizlədərək sərhəddən keçirmək istədi, saxlanıldı

Tarix: 29 Dekabr 2019 14:39

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində "İphone 11 Pro Midnight Green 64 GB" yazılan və 4 ədəd üzərində "İphone 11 Pro Midnight Green 256 GB" yazılan mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  İphone markalı mobil telefonları gizlədərək sərhəddən keçirmək istədi saxlanıldı


RƏYLƏR