Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 19:40
Xaçmazda zəncirvarı yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yol qəzası Qəndab-Yalama yolunun 16-cı kilometrliyinin rayonun Qaradağ-buduq kəndindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası zamanı "Lexus", "Mersedes" markalı minik avtomobilləri ilə "Hundai" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində "Mersedes"in sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.net