Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank müştərilərə yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir

PAŞA Bank müştərilərə yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir

Tarix: 30 Dekabr 2019 09:24

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün müştərilərin ehtiyacları əsasında hazırlanmış yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir. Təkmilləşdirilmiş onlayn Smart Faktorinq məhsulu vasitəsilə Təchizatçı satdığı məhsul və xidmətlər üçün ödənişi Bankdan dərhal alır, Alıcı isə məhsul və xidmət haqqını razılaşdırılmış vaxtda ödəyir.

Smart Faktorinq məhsulu biznes tərəfdaşlarına dövriyyə vəsaitinin daha effektiv idarə olunması, daha aşağı faiz dərəcəsi, bütün əməliyyatlara onlayn nəzarət kimi bir sıra üstünlükləri təklif edir. Smart Faktorinqin faiz dərəcəsi məbləğdən asılı olaraq, illik maksimal 12% təşkil edir. Eyni zamanda, faktorinq xidmətini təqdim edən məhdud sayda şirkətlərdən fərqli olaraq, PAŞA Bank minimal müddət tətbiq etmir və alıcıya ödənişi həyata keçirmək üçün 120 günədək vaxt ayırır.

Heç bir sənədin tələb edilmədiyi bu onlayn xidmət yalnız PAŞA Bank tərəfindən müştərilərə təqdim olunur.

PAŞA Bankın sahibkarlara təqdim etdiyi faktorinq xidmətləri haqqında daha ətraflı məlumatla tanış olmaq üçün bu keçiddən istifadə edin: https://www.pashabank.az/sme_banking/az/sme_factoring_services

Smart Faktorinq, eləcə də bütün məhsul və xidmət çeşidləri barədə ətraflı məlumat almaq və ya Onlayn Bank sisteminə daxil olmaq üçün bu keçiddən istifadə edin: https://pashabank.digital/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  PAŞA Bank müştərilərə yeni onlayn Smart Faktorinq məhsulunu təqdim edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ