Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung Galaxy S10 Lite” smartfonunun dizaynı təsdiqlənib

“Samsung Galaxy S10 Lite” smartfonunun dizaynı təsdiqlənib

Tarix: 30 Dekabr 2019 12:12

İnternetdə “Galaxy S10” modelinin ucuz versiyası olduğu ehtimal edilən yeni “Samsung SM-G770F” smartfonunun istifadəçi təlimatı dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, “Galaxy S10 Lite” istifadəçi təlimatında smartfonun dizaynı və bir sıra texniki xüsusiyyətləri açıqlanıb. O, xarici görünüşünə görə “Samsung” şirkətinin 2020-ci ildə buraxılacaq bir sıra modellərinə bənzəyəcək.

 

Məlumata görə, “Galaxy S10 Lite” modelinin arxa panelində 3 kameradan ibarət blok yerləşəcək (48 12 5 meqapiksel). Bundan başqa, smartfon “Samsung Pay” ödəniş sistemi üçün “NFC” və “MST” funksiyaları, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumlu “Snapdragon 855” prosessoru ilə təchiz ediləcək. Ekran diaqonalı 6,7 düym, təsvir ölçüsü “Full HD ” təşkil edir. Akkumulyator tutumu 4500 milliamper/saata bərabərdir.

 

“Samsung Galaxy S10 Lite” smartfonunun yanvarda “CES 2020” sərgisində nümayiş olunacağı gözlənilir.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung Galaxy Lite smartfonunun dizaynı təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ