Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 12:33
Bakı. Trend:
Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələri hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ənənəvi olaraq SOS Uşaq Kəndinə baş çəkirlər. Bu il də həmin ixtisasın 201-ci qrupunun tələbələri Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənovanın rəhbərliyi ilə SOS Uşaq Kəndində bayram tədbiri keçiriblər.
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə uşaqlar qarşısında maraqlı və əyləncəli konsert proqramı ilə çıxış edən tələbələr onlarla xatirə şəkli çəkdiriblər.
Tədbirin təşkilində Pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ötənilki məzunları da xüsusi fəallıq göstəriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!