Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 23:48
Budapeştdə mənzillərin baha olması səbəbindən əvvəllər anbar kimi istifadə edilən yarımzirzəmi yaşayış yerlərinə tələbat artır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, kiçik sahəli belə daşınmaz əmlakın münasib yerdə yerləşməsi səbəbindən bu tipli yaşayış sahələrinə yaxşı tələbat var. Bununla yanaşı, belə daşınmaz əmlakın yaşayış sahəsi kateqoriyasına aid olunmasını nizamlayan qaydalara riayət etmək vacibdir. Belə obyektlərə əsasən Budapeştin mərkəzində yerləşən köhnə evlərdə rast gəlmək olar. Bununla belə, yaşayış üçün az münasib olan şərait əla coğrafi yerləşmə ilə uzlaşır, ona görə də alıcıların çoxu güzəştə getməyə razılaşır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Bernadet Torok bildirib ki, kürsülü mərtəbədə sahə əldə etməzdən əvvəl onun vəziyyətinə ciddi diqqət yetirmək lazımdır. Torpaq səthi səviyyəsindən aşağı yerləşməsi səbəbindən buranın sakinləri divarların nəm çəkməsi, sızmalar kimi xoşagəlməz hallarla qarşılaşa bilərlər. Bundan başqa, otağa kifayət qədər günəş şüalarının düşüb-düşməməsini də nəzərə almaq lazımdır.