Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 09:40
Rəsmi Moskva və Kiyev 5 gün davam edən danışıqlardan sonra yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranzitini təmin edən sənədlər paketini imzalayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib:
"5 gün davam edən ikitərəfli fasiləsiz danışıqlardan sonra Vyanada yekun qərar qəbul olunub və yekun razılaşmalar əldə edilib. Eyni zamanda, tərəflərin maraqlarının tarazlığını bərpa edən müqavilələr və razılaşmalar paketi imzalanıb. Bu gündən etibarən həmin sənədlər qanuni qüvvəyə minir və dekabrın 31-dən sonra Rusiya qazının Ukrayna üzərindən tranzitini təmin edir".