Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 17:48
İsveçrə və İsrail tədqiqatçıları istənilən əşyada böyük miqdarlı məlumatı saxlamaq üçün yol tapıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, İsveçrənin Sürix Ali Texniki Məktəbində şüşə nanokürələr - "DNT molekulları" yaradılıb. DNT molekulları böyük ölçülü məlumatların bir neçə nəsil boyunca saxlanılmasına zəmanət verir.
İxtiralarını nümayiş etdirmək üçün tədqiqatçılar 3D printerdə dovşanın plastik şəklini çap ediblər. Alimlər obyektin nəyi necə etdiyi barədə məlumat verən kiçik şüşə kürələri plastikə əlavə etməklə bu nəticəni əldə ediblər.
Biologiyada olduğu kimi bu yeni texnoloji metod da bir neçə nəsil üçün məlumat saxlayır. Fiqurun kiçik bir hissəsindən "təlimatı" çıxararaq yeni məhsul çap etmək üçün istifadə edib beş dəfə çapı təkrarlayaraq orijinal dovşanın "kötücə"sini yaradıblar