Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 13:00
İngiltərə Futbol Federasiyası “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza qarşı gözlənilməz ittiham irəli sürüb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, danışılmış oyunlarda iştirakda günahlandırılır.
İddiaya görə, Skoulz 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 futbol matçına pul qoyuluşu edib. Həmçinin, futbolçu karyerasını bitirəndən sonra 31 gün “Oldhem Atletik”də baş məşqçi kimi çalışan, eyni zamanda “Selford Siti” klubunun 10 faizlik səhmlərinə sahib olan Skoulz, vəzifəsindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü karyerası ərzində yalnız "MY"də (1993-2013) oynayıb.