Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan klubu ''Qəbələ''nin futbolçusuna elçi düşdü

Yunanıstan klubu ''Qəbələ''nin futbolçusuna elçi düşdü

Tarix: 2 Yanvar 2020 16:54

"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini "Lamiya" transfer etməyə hazırlaşır.

Seneqallı futbolçunun Superliqa təmsilçisinin təklifinə müsbət yanaşdığı, transfer üçün vizanın həll olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos" klubunda çıxış edib.


Etiketlər:  Yunanıstan klubu Qəbələnin futbolçusuna elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ