Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung süni adam barədə anons etdi

Samsung süni adam barədə anons etdi

Tarix: 2 Yanvar 2020 22:52

Samsung bu yaxınlarda yeni məhsulun satışa çıxmasına işarə edən bir sıra görüntüləri yayımladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Neon" adlandırılacaq yeni məhsul süni intellekt texnologiyaları ilə əlaqələndiriləcək. Şirkət rəsmiləri "CES 2020" sərgisində layihə haqqında bütün təfərrüatları açıqlayacaqlarına söz veriblər.

Indi isə sosial şəbəkələrdə cihaza maraq meydana gəlib. Məsələn, bir yazıda "Neon"un süni insan olduğu bildirilir. Bildirilir ki, guya bunun səs köməkçisi ilə heç bir əlaqəsi olmayacaq.  "Neon Bixby ilə əlaqədar deyil" deyə şirkətin Tvitter hesabında məlumat verilib. Başqa bir tvitdə üstüörtülü işarə edilir ki, "Neon" süni insandır.

Qeyd edək ki, "Samsung"un daxili laboratoriyası olan "Samsung STAR Labs" "Neon" üzərində çalışır. Görünür, məhsuldakı süni intellekt duyğuları olan virtual insanı idarə edəcək.


Etiketlər:  Samsung süni adam barədə anons etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ