Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölən şəxsin Fərhad Abdullayevin qohumu olması xəbərinə RƏSMİ CAVAB

Ölən şəxsin Fərhad Abdullayevin qohumu olması xəbərinə RƏSMİ CAVAB

Tarix: 4 Yanvar 2020 13:18

Bəzi mətbuat orqanlarında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlunun öldürülməsi ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, müəmmalı ölən Cavid Abdullayev Fərhad Abdullayevin doğma qardaşının oğludur.

Sonxeber.net bildirir ki, Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov Trend-ə açıqlamasında məlumatı təkzib edib.

T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib: "Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi 1 qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir. Cavad Abdullayevin isə 2 oğlu var - Sahib və Rüstəmdir. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır".


Etiketlər:  Ölən şəxsin Fərhad Abdullayevin qohumu olması xəbərinə RƏSMİ CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ