Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 14:48
İran parlamenti sabah general Qasim Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi Tasnim informasiya agentliyinə istinadən məlumat verib.
Ə.Abbasinin sözlərinə görə, iclasda bəzi təhlükəsizlik və hərbi rəsmilər də iştirak edəcək.
Abbasi əlavə edib ki, iclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq.
İran parlamenti rəsmisi bildirib ki, deputatların bazar ertəsi günü (6 yanvar) Qasim Süleymaninin dəfn mərasimində iştirak edəcəklərinə görə, parlamentin qapalı iclası olmayacaq.