Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 19:42
Bakı. Trend:
Bu gün, 4 yanvar tarixində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı Nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər:
Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasem Soleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!