Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 12:06
Polşada bir neçə şəxsin qətlində və ölkənin Ədliyyə naziri Yan Zebroya qarşı sui-qəsd hazırlığında şübhəli bilinən 28 yaşlı şəxs yaxalanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Jedynka" radiostansiyası məlumat yayıb. Həmin şəxsin narkomafiya əleyhinə işlə məşğul olan prokuroru da öldürmək istədiyi məlum olub. O həmçinin, külli miqdarda narkotiki satmaqda, sifarişli qətlə hazırlaşmaqda günahkar bilinir.
Cinayətkar elə narkotik satarkən polis tərəfindən ələ keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, o, Ədliyyə nazirini və prokuroru öldürmək üçün əlbir olduğu şəxsə 23,5 min avro pul ödəməli imiş. Ancaq bu sövdələşmə baş tutmayıb.