Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 12:12
Hər il 1,3 milyard tona yaxın ərzaq zibil qutularına atılır və onların böyük hissəsi zibil poliqonlarına gedib çıxır. Bu, nəinki ətraf mühitə ziyan vurur, eyni zamanda, iqlim dəyişməsinə də mənfi təsir göstərir.
Hazırda planetimizdə təxminən 820 milyonu aclıq çəkir.
Nyu-Yorklu aşpaz Max La Manna hesab edir ki, bu ağılsız israfçılıq insanlığın qarşısında duran əsas problemlərdən biridir.
Hətta Manna bu haqda "Daha çox bitki, daha az zibil" ("More Plants, Less Waste") adlı kitab da yazıb.
Sonxeber.net bildirir ki, O, BBC-yə müsahibəsində hər birimizin bu problemlə bağlı nə iş görə biləcəyini deyib.
"Atam aşpaz olduğu üçün yemək hələ uşaqlıqdan həyatımın vacib hissəsi olub. Valideynlərim mənə yeməyi atmamağı öyrədiblər", - o vurğulayır.
Yemək israfı insanlığın qaşısında duran əsas problemlərindən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır.
Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.
Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.
Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.
Amma siz bununla mübarizə apara bilərsiz.
İnsanların böyük əksəriyyəti həddindən artıq çox ərzaq alır
Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.
Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.
Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.
Ərzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.
Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil yeşiyinə atılır.
Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.
Göyərtini isə su dolu qabda saxlamaq olar.
Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.
Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.
Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.
Yeməyin artığı da faydalıdır.