Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 07:12
Keçən il Gürcüstanda gündəlik istehlak mallarının hamısının qiymətində bahalaşma qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2019-cu ildə alkoqolsuz içkilərin qiyməti 2018-ci illə müqayisədə 12,3 faiz artıb. Hesabat dövründə ən çox fındıq və üzümün qiymətində artım olub - 31,9 faiz.
Bahalaşmaya görə ikinci yerdə 14,8 faizlə ət və ət məhsulları, üçüncü yerdə isə 14,2 faizlə balıq və balıq məhsulları dayanır.
Keçən il tərəvəz və digər bostan məhsullarının qiyməti 14,1 faiz, süd, pendir və yumurtanın qiyməti 13,5 faiz, qənd və digər şirniyyat məmulatlarının qiyməti 10,7 faiz, çay, kofe və kakaonun qiyməti isə 5 faiz artıb.
Ümumiyyətlə 2019-cu ildə Gürcüstanda inflyasiya əvvəlcədən proqnozlaşdırılmış 3 faiz deyil, 7 faiz təşkil edib.
Ekspertlərin fikrincə, bahalaşmaya milli valyutanın dollar qarşısında ucuzlaşması səbəb olub. 2019-cu ilin ikinci yarısında milli valyuta GEL dəyərini 8 faiz itirib.