Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terim klub prezidentinə qarşı çıxdı - Ardaya görə

Fatih Terim klub prezidentinə qarşı çıxdı -  Ardaya görə

Tarix: 6 Yanvar 2020 11:14

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klub prezidenti Mustafa Cengizin "Arda Turan gündəmimizdə deyil, olmayacaq da" sözlərinə münasibət bildirib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, o, prezidentin Arda ilə bağlı dedikləri ilə razılaşmadığını eyd edib:
 

"Təbii ki, mən o cümləni deməzdim. Niyə? Çünki əgər bir oyunçu "Qalatasaray"a xidmət edibsə, bu klubun akademiyasından çıxıbsa və gedərkən bizə pul qazandırıbsa, bu cümləni səsləndirməkdən imtina edərdim. Arda olsun və ya başqası, fərqi yoxdur. Prezidentimiz elə deyib, amma mən o sözləri işlətməzdim. Başımın üstündə Allah var. Arda bir dəfə deməyib ki, alın bu müqavilə kağızını, "Qalatasaray"a gəlim. Belə istəyi heç vaxt olmayıb. Mən də kimdənsə alınmasını tələb etmədim. Ancaq zaman hər şeyin əlacıdır".

Qeyd edək ki, Türkiyə mətbuatı "Başakşehir"in "Barselona"dan icarəyə götürdüyü Ardadan imtina etdiyini də yazıb.

 


Etiketlər:  Fatih Terim klub prezidentinə qarşı çıxdı Ardaya görə


RƏYLƏR