Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 15:10
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib.
Sonxeber.net bildirir ki, "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib ki, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:
"İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb.
Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub".
Qeyd edək ki, "Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.