Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İntel yeni flaqman prosessorunu təqdim edəcək - Core i9 10900K

İntel yeni flaqman prosessorunu təqdim edəcək -  Core i9 10900K

Tarix: 7 Yanvar 2020 08:48

"İntel" şirkəti bazarda lider mövqeyini tədricən AMD-nin xeyrinə əldən verir. Ona görə də, şirkət indi prosessorlarını fəal şəkildə inkişaf etdirir, hətta qiymətlərini də azaldır.

Milli.Az ted.az-a istinadən bildirir ki, masaüstü kompüterlər üçün növbəti flaqman prosessoru "İntel Core i9 10900K" olacaq.

Məlumata görə, yeni prosessor "Core i9 9900K"dan 10-30% daha güclü olacaq. Bu məlumatlar sintetik testlərdən sonra verilib.

"Core i9 9900K"nın 4,8 GHz-ə qədər sürətləndirilmə imkanı ilə 10 nüvəli olacağı məlumdur.

Yeni prosessorun oyunlarda və 3D proqramlarında çox böyük məhsuldarlıq göstərəcəyi gözlənilir.

"İntel Core i9 10900K" bu il təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi və qiyməti barədə hələlik məlumat yoxdur.

Milli.Az


Etiketlər:  İntel yeni flaqman prosessorunu təqdim edəcək Core i9 10900K


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ