Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı

Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı

Tarix: 14 May 2019 16:03

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Trend-in məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.

"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.


Etiketlər:  Bakıda su borusu partladı Mərkəzi küçəni su basdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ