Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qasım Süleymani dəfn edilib

Qasım Süleymani dəfn edilib

Tarix: 8 Yanvar 2020 11:36

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani bu gün dəfn edilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Q. Süleymani doğulduğu Kirman şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, dünən izdiham müşahidə olunduğundan dəfn mərasimi təxirə salınıb. Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 78 nəfər ölüb, 200-dən çox şəxs xəsarət alıb. 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Qasım Süleymani dəfn edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ