Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 22:36
Dünya Turizm Təşkilatının (DTT) yaydığı məlumatda bildirilir ki, Misirin turizm sektoru inkişaf yoluna qədəm qoyub və ötən il bu ölkəyə 13 milyona yaxın turist səyahət edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, DTT-nin iqtisadi məsələlər üzrə müşaviri və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının üzvü Səid əl Batuti Misirin turizm sektorunda inkişafın əsas səbəbinin ölkədəki sabitlik və turizm sektorunda əlverişli paketlərin təklif edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Misir hökuməti müxtəlif ölkələrdən turistlərin cəlb olunmasına xüsusi əhəmiyyət verir. Bu ölkələrin arasında İspaniya və İtaliya xüsusi yerə malikdirlər. Həmin ölkələrdə turizm sektorunun güclü inkişaf etməsinə baxmayaraq, ispan və italyan turistlər Misiri ucuz qiymətlərə və Qırmızı dənizin mənzərəsinə görə üstün tuturlar. Eyni zamanda, Misir dini turizm sahəsini də inkişaf etdirir.
DTT-nin müşaviri onu da əlavə edib ki, bu il açılışı olacaq Böyük Misir Muzeyi Avropadan, xüsusən Almaniyadan turist axınına səbəb olacaq. Ötən il 2,5 milyon alman turist Misirə səyahət edib.