Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya Bankı 2020-ci ildə qlobal iqtisadi artımı gözləyir

Dünya Bankı 2020-ci ildə qlobal iqtisadi artımı gözləyir

Tarix: 9 Yanvar 2020 08:14

Dünya iqtisadiyyətinin artma templərinin cuzi olaraq 2019-cu ilin 2,4 faizindən 2020-ci ildə 2,5 , 2021-ci ildə 2,6 , 2022-ci ildə isə 2,7 faizlərinə qalxması gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Bankının (WB) "Dünya iqtisadiyyatının inkişafı perspektivləri" adlı yanvar hesabatında deyilir. Bu il sənəd "İqtisadi artımın aşağı templəri, siyasi problemlər" adlanır.

Hesabatın müəllifləri qeyd edir: "2020-ci ildə dünya iqtisadiyyətının artımı ötən ilki azalmadan sonra investisiya və ticarətin tədricən bərpası fonunda bir qədər sürətlənəcək və 2,5 faizə çatacaq, lakin bu göstəricilərin azalması riskləri qalmaqdadır".

Eyni zamanda, Dünya Bankı, 2020-ci və 2021-ci illərdə dünya ÜDM-in artım proqnozunu iyun ayı proqnozu ilə müqayisədə (2020-ci ildə 2.7%, 2021-ci ildə 2.8%) 0.2 faiz daha az olmasını bildirməkdədir.

Dünya Bankı ABŞ-ın iqtisadi artımının 1,8 faizə, Avrozonada isə 1 faizə qədər azalacağını proqnozlaşdırır.

Gözlənilir ki, ümumilikdə, inkişaf etmiş ölkələrdə bu göstəricilər 2019-cu ilin 1.6 faizindən 2020-ci ildə 1,4 faizə düşəcək.

Buna rəğmən, inkişafda olan ölkələrdə iqtisadi artım 2019-cu ilin 3,5 faizindən 2020-ci ildə 4,1 faizinə qalxacaq. Lakin bunun, yaxın keşmişdə iqtisadı göstəricilərində azalma müşayət edilən bir sıra böyük dövlətlərdə baş verəcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Dünya Bankı 2020 ildə qlobal iqtisadi artımı gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ