Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın Şərqdəki gərginlik neft bazarına necə təsir edəcək?

Yaxın Şərqdəki gərginlik neft bazarına necə təsir edəcək?

Tarix: 9 Yanvar 2020 17:20

Bakı. Ləman Zeynalova - Trend:

Hazırda Yaxın Şərqdə müşahidə olunan gərginlik qısamüddətli perspektivdə neft qiymətlərinin artımına təkan verə bilər.

Bunu Trend-ə Atlantika Şurasının baş əməkdaşı və “Beynəlxalq təhlil bazarı” MMC-nin təsisçisi Ariel Koen deyib.

Ekspert bildirib ki, İranın ABŞ hərbi bazalarına raket hücumu general Qasım Süleymaninin öldürülməsinə cavab addımı olsa da, tərəflər irimiqyaslı müharibə istəmir:

“Bu hadisələrin neft bazarına qısamüddətli təsiri tərəflərin seçdiyi gərginlik kursundan asılı olacaq. Gərginlik davam etsə, neft qiymətlərinin dayanıqlı artımı müşahidə olunacaq. Uzunmüddətli perspektivdə isə vəziyyətin gərginləşməsi dünya iqtisadiyyatında artımın yavaşlamasına, tədarük mənbələrinə tələbin azalmasına gətirib çıxara bilər”.

A.Koen əlavə edib ki, tərəflərin böyük itkiləri ilə müşayiət olunan birbaşa hərbi qarşıdurma nəticəsindı neft qiymətləri 120 dollar/barel həddinədək yüksələ bilər.

Onun sözlərinə görə, əgər tərəflər dolayı və asimmetrik rejimdə qarşıdurma yolunu seçsə, qiymət artımı tədricən olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaxın Şərqdəki gərginlik neft bazarına necə təsir edəcək


RƏYLƏR