Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 17:35
Müğənni-bəstəkar Murad Arif yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı paylaşımlara əsəbi reaksiya verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "#susma" heşteqi ilə bu cür paylaşımlar edilməsinin mənasız olduğunu vurğulayıb:
"Siz Allah #susma -dıqca nə olur? Bir bilsəm... Adamın içi onsuz da bir yandan sızıldıyır. Digər tərəfdən də hər şeyi ənənəyə, trendə çevirməyiniz adamı bir cür qıcıqlandırır.
Bilmirəm, bəlkə də bu hadisələrə əsəblərim tamam pozulub. Elina üçün susmadıq, nə oldu? Yəni, çarədirmi?"