Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' Bakıda məşq edir

''Qəbələ'' Bakıda məşq edir

Tarix: 10 Yanvar 2020 00:36

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Gündə bir dəfə məşq edən komanda hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçirir.

“Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin komandası 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. Birinci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındao lacaq. Görüş saat 15:00-da başlayacaq.

 

 


Etiketlər:  Qəbələ Bakıda məşq edir


RƏYLƏR