Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinalı futbolçu ''Neftçi''dən CAS-a şikayət etdi

Argentinalı futbolçu ''Neftçi''dən CAS-a şikayət etdi

Tarix: 10 Yanvar 2020 15:38

"Neftçi"nin sabiq hücumçusu Lukas Qomes İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Sonxeber.net xəbər verir ki, bir müddət öncə klubdan FİFA-ya şikayət edən, ancaq qurumdan istədiyi cavabı ala bilməyən 32 yaşlı forvard bu dəfə CAS-a üz tutub. 2018-ci ilin yayında "Neftçi"dən göndərilən və klubdan pulunu ala bilməyən cənubi amerikalı bu dəfəki qərarın leyhinə olacağına əmindir:

"Məsələ CAS-dadır. Hələ gözləyirik. Amma əminik ki, bu dəfə qərar lehimizə olacaq. "Neftçi"nin hüquqşünası müqaviləyə belə bir bənd salmışdı ki, yerli federasiya "Neftçi" haqda hər hansı iddia ilə bağlı işi həll etməlidir. Mən isə menecerimlə bunu düz başa düşməmişik. Düşündük ki, FİFA-ya müraciət edək, onlar mənim əcnəbi olduğumu nəzərə alarlar. Çünki bu işlərdə böyük təcrübəyə sahibdirlər. Elə oldu ki, sonradan CAS-a şikayət ünvanladıq. Qurumdan cavab gözləyirik. Belə məsələlər orada adətən daha tez və futbolçunun xeyirinə öz həllini tapır. Lazım gəlsə, yenidən AFFA-ya da müraciət edəcəm".

"Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar"ın keçmiş argentinalı futbolçusuna təqribən 60 min dollar verəcəyi var. (sportinfo)


Etiketlər:  Argentinalı futbolçu Neftçidən şikayət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ