Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 18:10
Türkiyənin məşhur müğənnisi Əmrahın "TV 8"in sahibi Acun Ilıcalı ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Acun Medya"nın "O səs Türkiyə" və "Rising star" yarışmalarında "Unuta bilsem", "İhtiyacım var" və "Götür beni gittiğin yere" mahnılarını icazəsiz səsləndirdiyini bildirib.
Bu səbəbdən hakim müğənninin müəllif hüquqlarının pozulduğunu qeyd edərək hökm oxuyub. Qərara əsasən, 3 əsər üçün Əmraha maddi zərərə görə 54 min, mənəvi zərərə görə isə 30 min türk lirəsi təzminat veriləcək.
Qeyd edək ki, ifaçı "Acun Medya"dan 149 min lirə təzminat tələb etmişdi.