Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''dan qələbə - İbrahimoviçdən ilk qol

''Milan''dan qələbə - İbrahimoviçdən ilk qol

Tarix: 11 Yanvar 2020 20:42

"Milan" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, komanda 19-cu turda səfərdə "Kalyari" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Qonaqların ikinci qolunu yeni transfer Zlatan İbrahimoviç vurub. Bu, isveçli hücumçunun sabiq klubuna qayıdışından sonra ilk qolu olub.

"Kalyari" - "Milan" - 0:2
Qollar
: Leao, 46, İbrahimoviç, 64

Bu nəticədən sonra "Kalyari" 29 xalla 6-cı, "Milan" 25 xalla 7-ci pillədə qərarlaşıb. "Yuventus" və "İnter" 45 xalla (18 oyun) 1-2-ci pillələri bölüşdürür. "Latsio" 39 xalla (17 oyun) 3-cüdür.

 


Etiketlər:  Milandan qələbə İbrahimoviçdən


RƏYLƏR