Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Süleymani ilə eyni gündə başqa bir İran komandirini öldürməyə cəhd edib - TƏFƏRRÜAT - FOTO

ABŞ Süleymani ilə eyni gündə başqa bir İran komandirini öldürməyə cəhd edib - TƏFƏRRÜAT - FOTO

Tarix: 12 Yanvar 2020 11:52

ABŞ-ın "Washington Post qəzeti", eyni gündə İran İnqilab Keşikçilərinin (SEPAH) öldürülən komandiri Qasım Süleymani ilə bərabər başqa bir iranlı general Əbdül Riza Şəhlaini öldürməyə çalışdığını yazıb.

SEPAH generalının İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra bölgədəki gərginlik hər gün artır. Bu gərginlik fonunda Amerika mətbuatı daha bir maraqlı iddia ortaya atıb.

"Washington Post" qəzetinin yazdığına görə, SEPAH komandiri Qasım Süleymaninin öldürüldüyü gün "İnqilab Keşikçiləri"nin Yəmən qolunun komandiri Abdul Rza Şəhlainin də öldürülməsi planlaşdırılıb.

Uğursuz əməliyyat

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, yazıda ABŞ-ın SEPAH-ın nüfuzlu şəxslərindən biri olan Şəhlaiyə qarşı əməliyyat təşkil etdiyi, lakin nəticəsiz qaldığı bildirilir. Qəzetin yazdığına görə, eyni gündə və saatda həyata keçirilən hər iki əməliyyat ABŞ ordusunun bundan sonra da həyata keçirəcəyi geniş planın yalnız bir hissəsidir.

Abdul Rza Şəhlainin ile ilgili görsel sonucu

Əməliyyatın detalları gizli saxlanılır

Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə verdiyi açıqlama zamanı əməliyyatın detallarının gizli saxlandığını bildirib. O, qeyd edib ki, əməliyyat uğursuz olub və buna görə də təfərrüatlar gizli saxlanılır.

Dövlət rəsmisi onu da qeyd edib ki, ABŞ administrasiyası hər iki əməliyyatın uğurla həyata keçirildiyini bəyan etməyə hazırlaşıb. Lakin son anda Şəhlaiyə qarşı keçirilən əməliyyatın uğursuzluğa düçar olunma xəbəri gəlib və bu əməliyyatın keçirilməsi ilə bağlı mediaya heç bir məlumat verilməyib.

Nə baş vermişdi?

Ötən həftə iranlı general Qasım Süleymanini öldürülməsindən sonra İran İnqilab Keşikçiləri (SEPAH) ABŞ-ın İraqdakı Ayn əl-Əsəd aviabazasını ballistik raketlərlə vurmuşdu. Pentaqon İraqın Ənbar bölgəsindəki Ayn əl-Əsəd və Ərbil bölgələrində yerləşən ABŞ hərbi bazalarına 12-dən çox ballistik raketin atıldığını təsdiqləmişdi.

ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada İranın raket hücumlarında bir dənə də olsun, Amerika və İraq əsgərinin ölmədiyini açıqlamışdı.


Etiketlər:  ABŞ Süleymani ilə eyni gündə başqa İran komandirini öldürməyə cəhd edib TƏFƏRRÜAT FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ