Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 16:50
İranın general Qasım Süleymaninin qisasını almaq məqsədiylə raket zərbələri endirdiyi ABŞ-ın İraqdakı Ay el Esad bazası ilk dəfə yaxından görüntülənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri CNN telekanalı yayımlayıb.
Məlumata görə, hadisə baş verən gün ABŞ əsgərlərinin bir çoxu hərbi bazanı tərk edib, qalanları isə raket hücumuna görə sığınacaqda gizlənib.
Kanal müxbirini Arva Damonun sözlərinə görə, İranın hücum edəcəyi iki saat əvvəldən müəyyənləşdirilib. İranın hücum edəcəyi xəbərdarlığını isə ABŞ-ın Avropa üzrə səfirlərindən biri verib.