Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

Əli Əhmədov: İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

Tarix: 15 May 2019 15:30

Bakı. Ayşəm Rüstəmova - Trend:

İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Amma elə xidmətlər də var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov hesab edir ki, icbari tibbi sığorta böyük sosial layihə olaraq 2020-ci ildən tətbiq olunacaq:

"İcbari tibbi sığorta ilə bağlı paketdə hansı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub. Bütövlükdə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ